Logo

ADU-da yazıçı Vaqif​ Nəsiblə görüş keçirilib

19.12.2021 16:48 705 baxış
IMG

Dekabrın 15-də ADU-da yazıçı Vaqif​ Nəsiblə görüş keçirilib. 

ADU-nun Magistratura şöbəsinin dəstəyi, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi fil.f.d Nuridə Muxtarzadənin təşəbbüsü ilə baş tutan görüşdə yazıçının “Uzundərə” hekayəsinin müzakirəsi olub. Hekayədə yer alan bir neçə prototip haqqında maraqlı məqamları qeyd edən yazıçı həmçinin əsərdəki intertekstuallığa və ironik aspektlərə də toxunmuşdur.​ ​

Bundan başqa yazıçı onun yaradıcılığında öz müsbət təsiri ilə böyük rol oynamış Azərbaycan ədəbiyyatının görkəmli ədibləri haqqında maraqlı və xoş xatirələrini bölüşmüş, qələm yoldaşlarından ürək dolusu söz açmışdır.​

Vaqif Nəsibin zəngin yaradıcılığı ilə yaxından tanış olan magistrantlar onun şeirlərinə də maraq göstərmişlər.​

Yazıçı ona maraqlı suallarla müraciət edən tələbələrə imzalı kitablarını təqdim edib.

Xəbər lenti