Logo

Kefirin inanılmaz faydaları açıqlanıb - FOTO

19.12.2021 18:01 776 baxış
IMG

Kefir - ən faydalı süd məhsuludur, onun sağlamlığa inanılmaz faydası var.

Bu barədə türkiyəli dietoloq Zülal Yalçın məlumat verib.

O qeyd edib ki, bu fermentləşdirilmiş süd məhsulu probiotik məhsullar arasında birinci yerdədir, çünki tərkibində çoxlu sayda faydalı mikroorqanizmlər var.

“Kefir minerallar və əvəzolunmaz amin turşuları, xüsusilə də fosfor və kalsiumla zəngindir”, - deyə mütəxəssis əlavə edib.

 

Onun sözlərinə görə, kefir bağırsaq florasının qorunması və müəyyən qida maddələrinin sintezi üçün çox vacibdir.

“Bu məhsul həm də şiş əleyhinə təsir göstərir və laktoza və xolesterin səviyyəsini aşağı salır”, - deyə həkim vurğulayıb.

Dietoloq eyni zamanda  kefirin xora, yüksək təzyiq, öd pozğunluqları, əsəb xəstəlikləri, ekzema, bronxit, astma kimi xəstəliklər üçün müalicəvi xüsusiyyətlərindən də danışıb.

Mənbə: Milliyet

Xəbər lenti