Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə 2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək, qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqıqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir. http://fla2021.bsu.edu.az
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
10.Qeyri-səlis cəbr
11.Qeyri-səlis analiz
12. Semantik şəbəkə
13.Statistik analizlər
14.Kompyuter intellekti
15.Qeyri-səlis çoxluqların tətbiqləri
16.Mükəmməl öyrənmənin tətbiqləri
17.Geniş ölçülü vizualizasiya