Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi 5 dekabr 2020-ci il tarixində Qazaxıstan Respublikasının Nur – Sultan şəhərində keçirilən Vokal və İnstrumental İfaçılıq Mədəniyyəti Beynəlxalq "Melomania" Müsabiqəsində iştirak edib.
Müsabiqədə musiqi məktəbinin “Fortepiano” ixtisası üzrə VI sinif şagirdi Lalə Nəcəfova çıxış edib. Uğurlu çıxış nəticəsində Lalə Nəcəfova ən yüksək GRAN-Pri ilə mükafatlandırılıb.
Həmçinin məktəbimizin “Fortepiano” ixtisası üzrə Əməkdar Mədəniyyət işçisi Tamilla Məmmədova mədəniyyətin inkişafına verdiyi töhvəyə görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və Təşəkkürnamə ilə mükafatlandırılıb.