Qax şəhər 4 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə polis əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.
Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.