Logo

"STEAM" üzrə 1600 müəllim tədris aparır - İqrar Nəzərov

20.12.2021 16:40 546 baxış
IMG

"STEAM" layihəsi çərçivəsində 302 məktəb üzrə 1600 müəllim tədris aparır.

Tehsil.biz xəbər verir ki, bunu Trend-ə açıqlamasında "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

O bildirib ki, bu müəllimlərin 200-ü xarici ölkələrdə, o cümlədən İsraildə və Türkiyədə təlim keçiblər.

"Qalan 1400 müəllim isə master kurslara cəlb olunub və təlimçi statusu qazanıblar. Hazırlıq prosesində biz daim xarici partnyorlarla işləyirik. Lakin müəllimlər də paralel olaraq hər zaman öz üzərində çalışmalıdırlar. Çünki bu, daim yenilənən bir sahədir", - layihə hərbəri deyib.

Xəbər lenti