Logo

Xəzər Universitetinin əməkdaşının həmmüəllifi olduğu məqalə alman elm nəşriyyatı toplusunda

20.12.2021 19:36 398 baxış
IMG

Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin MBA məzunu Kseniya Sorokina, Portuqaliyanın Braqansa Politexnik İnstitutunun professoru Paula Odete Fernandes və İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədovun həmmüəllifi olduqları “Tələbələrin universitetdə sosial məsuliyyətləri haqqında təsəvvürləri: mədəniyyətlərarası müqayisə” adlı məqalə “De Gruyter” alman elm nəşriyyatı tərəfindən “Universities, Entrepreneurial Ecosystems, and Sustainability” (Universitetlər, sahibkarlıq ekosistemləri və davamlılıq) adlı topluda dərc edilib.

Universitetdən bildirilib ki, tədqiqatın əsas məqsədi Portuqaliyanın Braqansa Politexnik İnstitutunun tələbələri arasında keçirilən sorğunun məlumatları əsasında ekonometrik təhlil apararaq, tələbələrin korporativ sosial məsuliyyəti dərketmə səviyyəsini ölçmək və ona olan münasibətlərini dəyərləndirmək olub.

Məqalə Xəzər Universitetinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti