Vüsal Quluyev Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Elə həmin ildən SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunda (NEZ) mühəndis kimi çalışır.
BANM-i 10 illik yubileyi münasibətilə təbrik edən uğurlu məzun deyir ki, bu Ali Məktəb həm savad, həm təcrübə, həm bacarıqlar baxımından hazır mütəxəssislər yetişdirir.
BANM, həmçinin cəmiyyət üçün faydalı vətəndaşlar hazırlayır: "BANM öz tələbələrini həyata hazırlamaq üçün lazım olan bilik və bacarıqlar, eyni zamanda rəqabət mühitinə davamlı olmağı öyrədən əvəzolunmaz təhsil ocağıdır. Həyatda uğur qazanmağın əsas göstəricisi çətinliyə davamlı ola bilməkdir. Dəyişən dünya gündəminə uyğunlaşa bilmək və düzgün qərarlar qəbul edib doğru istiqamətdə irəliləmək qarşımıza fərqli çətinliklər çıxarır. BANM mənə lazımi muhiti yaradaraq bu çətinliklərin öhdəsindən gələ bilmə və sağlam qərarları qəbul edə bilmə bacarığını qazandırdı. Həm sosial, həm də iş mühitində inkişaf etmək və irəli getmək üçün güclü rəqabətə davamlı olmaq lazımdır. Daha güclü rəqabət daha güclü inkişaf deməkdir, tələbəlik illərində bu bacarıqlarla yanaşı, güclü dostluqlar qura bilmə bacarığı qazanan hər bir gənc gələcək professional iş və akademik həyatında özünə inamlı və uğurlu olacaqdır”.