“Təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması baxımından məktəbəqədər təhsil ən vacib pillələrdən biridir. İnsanın inkişafı ilk 1000 gündən çox asılıdır”.
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Onun sözlərinə görə, bu baxımdan məktəbəqədər təhsilin insanın inkişafında çox mühüm rolu var.
Nazir, həmçinin qeyd edib ki, məktəbəqədər təhsilə dair vahid məlumat bazası yaradılacaq:
"Qısa zamanda bu müəssisələrin məlumat bazaları toplanacaq. Vahid bazanın olması bizə müəllim və uşaqlarla bağlı daha dəqiq məlumat almağa imkan verəcək. Paralel olaraq daha çox özəl və alternativ məktəbəqədər təhsil müəssisələrin sayının artırılması məsələsinə baxılacaq. Hazırda 85 faiz uşaq məktəbəqədər hazırlığa cəlb olunub. Bu, Azərbaycan təhsilinin əsas uğurlarından biridir”.