2021-ci ildə Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.
Qeyd olunub ki, 2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.