2021-ci il dekabrın 17-də Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi və Xəzər Universitetinin təşkilatçılığı ilə “Avrasiya ölkələrində təmiz enerjiyə keçid” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə “Avrasiyada enerji keçidlərinin genişləndirilməsində çətinliklər və imkanlar haqqında hesabat” təqdim olunub.
"Tehsil.biz"in məlumatına görə, tədbirdə Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Fərid Quliyev, Olga Khaulyak (PWYP, Ukrayna), İnqilab Əhmədov (Eusrasia Hub, Bakı), Chinara Aitbaeva (Nash Vek Foundation, Qırğızıstan), Andrei V. Belyi (CEO of Energy Consulting firm balasene OU, Estoniya), Marat Karatayev (University of Graz, Avstriya) çıxış ediblər.