Logo

“BDU Könüllüləri” Biznes marafonunda iştirak edib

21.12.2021 13:20 393 baxış
IMG

Bakı Dövlət Universitetində “BDU Könüllüləri”nin və Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə “Panda School“ brendinin təsisçisi, “Dadashoy Business School”un rəhbəri, biznes təlimçi  Elvin Dadaşsoyun təqdimatında Biznes marafonu keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sıfırdan biznes qurmadan öncə öyrənilməsi vacib olan məqamlar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti