Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan bildirilib ki, növbəti vebinar dekabrın 22-si saat 17:00-da “Molekulyar kinetik nəzəriyyənin əsasları. Termodinamika” mövzusunda keçiriləcək. Onlayn tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi, fizikadan əlavə dərs vəsaitinin müəllifi Şəmsəddin Qurbanov çıxış edəcək.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.