Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.
Qeyd edilib ki, həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.