Qusarda intiharla bağlı qadağan edilmiş məlumatları yaydığına görə məktəb direktoruna xəbərdarlıq edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, rayonun Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanov “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verib.
Xatırladaq ki, direktor sözügedən məktəbdə intihar edən 14 yaşlı şagirdlə bağlı mediaya açıqlama vermişdi.