Logo

İdman tibbi və reabilitasiya sahəsi üzrə ekspertlə görüş olub - FOTOLAR

21.12.2021 16:43 547 baxış
IMG

Dekabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və Böyük Britaniyanın UCL Universitetinin professoru, ASAPES-də magistrantlar və doktorantların elmi rəhbəri Maykl Pol Luzmor ilə görüşüb. 

Görüş çərçivəsində reabilitasiya sahəsi üzrə beynəlxalq protokolların tətbiqi, beynəlxalq ekspertlər tərəfindən Agentliyin Reabilitasiya Mərkəzlərinin əməkdaşlarına təlimlərin keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. 

Qeyd edək ki, ASAPES ilə arasında əməkdaşlığın inkişafına dair imzalanan memoranduma əsasən, idman tibbi və reabilitasiyası sahəsində birgə layihələr həyata keçirilir. Akademik, elmi tədbir və təlimlər, konfrans, seminar, simpozium və mühazirələrin təşkili olunması planlaşdırılır.

Bundan başqa, Akademiyanın tələbələri üçün Agentliyin reabilitasiya müəssisələrində təcrübə və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti