Logo

Bakıda 154 məktəbdə elektron jurnal və gündəlik tətbiq olunur

21.12.2021 16:58 802 baxış
IMG

Paytaxtın 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur.

Tehsil.biz xəbər verir ki, elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Həmçinin “Elektron jurnal və gündəlik sistemi”  platformasının istifadəsi ilə əlaqədar 16 210 pedaqoji və 505 inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub.

Xəbər lenti