Logo

Məktəblərin odun problemi - VİDEO

21.12.2021 21:19 599 baxış
IMG

Dekabr ayı başa çatmaq üzrə olsa da, Qubada odunla qızdırılan məktəblərin böyük hissəsi yanacaqla təmin edilməyib. Nəticədə soyuq siniflərdə təhsil alan şagirdlər donmamaq üçün gödəkçə və papaqla tədris prosesini davam etdirirlər. Bu isə onların normal şəkildə təhsil almasına ciddi problem yaşadır.

Məktəblilərlə yanaşı soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalan müəllimlər də bildirir ki, mövcud problem tədrisin keyfiyyətinə əməlli başlı çətinlik törədir.

Məktəb direktorları isə bildirir ki, ilk dəfədir belə halla rastlaşırlar. Hazırda Qubada odunla qızdırlan məktəblərin bəzilərində ya ötən ildən qalan yanacaqdan istifadə edilir, ya da məktəb rəhbərliyi öz daxili imkanları hesabına şagirləri donmaqdan xilas edir.

Məktəblərdə yaranan odun problemi ilə bağlı Quba rayon Təhsil Şöbəsinə müraciət etdik. Təhsil Şöbəsindən bildirildi ki, ötən ildən başlanılaraq məktəblərin odunla təminatı ilə TN-nin Təhcizat idarəsi məşğul olur. Nə üçün bu günə qədər odunla qızdırılan məktəblərin yanacaqla təmin edilməməsini onlar belə bilmirlər.

Təhsil Şöbəsindən yalnız o bildirildi ki, Quba rayonunda mövcud 135 məktəbin 72-si odunla qızdırılır. Bu məktəblər üçün lazım olan 1628 kub odunun ayrılması və daşınması ilə bağlı hələ yay aylarından Təchizat İdarəsinə şifariş verilib. Məsələ ilə bağlı TN-nin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Cəsarət müəllim məsələni araşdırıb məlumat verəcəyinə söz versə də, vədinə əməl etmədi. Görünən odur ki, isti kabinetdə oturan nazirliyin Təchicat İdarəsinin rəsmiləri sinif otaqlarını da öz iş yerləri kimi bilirlər. Belə də deyiblər, toxun acdan nə xəbəri....

Xəbər lenti