Logo

AzTU ilə “AzerGold” QSC arasında əməkdaşlıq uğurla davam edir

21.12.2021 21:38 768 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "AzerGold"QSC arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Hər iki müəssisə arasında 2021-2022-ci illər üzrə qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planına əsasən QSC-nin insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev AzTU-nun  Metallurgiya və materialşünaslıq fakültəsinin III kurs tələbələrinə təlim keçib.

Əvvəlcə "AzerGold" QSC-nin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verilib.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda sual-cavabda fəal iştirak edən tələbələrə "AzerGold" QSC-nin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, belə təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Təlimlərdə könüllü olaraq iştirak etmək istəyən tələbələr AzTU-nun Karyera mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti