Gəncədə elektrik enerjisinin verilişinə görə dərslər dayandırılan Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə enerji verilişi bərpa olunub.
Bu barədə Apa-nın yerli bürosuna Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.
Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir: "Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verlişi bərpa olunub. Sössüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək".