Logo

ADNSU Azərbaycanda bu sahə üzrə bir nömrədir - Qlobal reytinq təşkilatı

22.12.2021 12:48 950 baxış
IMG

İspaniyanın nüfuzlu SCImago Institutions Rankings - Qlobal reytinq təşkilatının  2021-ci il üçün keçirdiyi rəy sorğusuna əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şərqi Avropa ölkələri üzrə tədqiqat istiqamətində 459-cu sırada olmaqla Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb. 

Tehsil.biz xəbər verir ki, tərtib edilmiş siyahıda həm dünya, həm Şərqi Avropa ölkələrindən müxtəlif universitetlər, həm də ölkə daxilində Azərbaycandan üç universitetin - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universitetinin adı yer alıb.

SCImago Institutions Rankings -Qlobal reyting təşkilatı da bu və ya digər parametrləri nəzərə alaraq universitetlərin reytinqlər siyahısını tərdib edib və təşkilat universitetlərdən “Scopus” beynəlxalq elmi bazasında məqalələrin dərci və istinadlara əsasən 2021-ci il üçün yeni siyahını tərtib edib. ADNSU ümumi istiqamətlər üzrə dünya universitetləri arasında 855- ci sırada yer almaqla Azərbaycandan ikinci sırada qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=AZE

Qeyd edək ki, birinci yerdə Bakı Dövlət Universiteti və üçüncü yerdə Tibb  Universiteti yer alıb. Onu da xatırladaq ki, ADNSU tərtib olunmuş siyahıda ikinci yerdə göstərilsə də, professor-müəllim heyətinin sayı və “Scopus” beynəlxalq elmi bazasında məqalələrin dərci nisbətinə görə birinci sırada adını qeyd etdiyimiz ali təhsil müəssisəsindən heç də geridə qalmır. Yəni universitet göstərilmiş istiqamətlər üzrə məqalələrinin hər adambaşına düşən sayına görə yox, ümumi sayına görə ikinci sradadır.

Təşkilatın Şərqi Avropa ölkələri üzrə apardığı araşdırmalara görə elmi sahələr üzrə ADNSU 855-ci sırada olmaqla ikinci yerdə olsa da, tədqiqat sahəsi üzrə birici yerdə - (459) - qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=AZE&ranking=Research

Bundan əlavə tərtib olunmuş siyahıda ADNSU 686-cı sırada yer olmaqla Kompüter elmləri üzrə də birinci sırada qərarlaşıb:

https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=Eastern+Europe&ranking=Innovation&area=1700

Xəbər lenti