2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 91 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı və Bərdədə STEAM Mərkəzləri fəaliyyət göstərir.
Sabirabad və Ağdaşda STEAM Mərkəzləri üzrə işlər başa çatıb. Bu ilin sonunadək Lənkəran STEAM Mərkəzləri üzrə də aparılan işlər yekunlaşacaq.