Logo

2021-ci təqvim ili rəqəmlərdə - STEAM

22.12.2021 14:55 804 baxış
IMG

2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

Bu barədə Tehsil.biz-ə Təhsil Nazirliyindən bildirilib.

Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı və Bərdədə STEAM Mərkəzləri fəaliyyət göstərir. 

Sabirabad və Ağdaşda STEAM Mərkəzləri üzrə işlər başa çatıb. Bu ilin sonunadək Lənkəran STEAM Mərkəzi üzrə də aparılan işlər yekunlaşacaq.

Xəbər lenti