Logo

Qəbul imtahanlarında Vətən müharibəsindən suallar düşəcək - VİDEO

22.12.2021 19:05 642 baxış
IMG

Növbəti ildə keçiləcək qəbul imtahanlarında tarix fənnindən 44 günlük Vətən müharibəsi üzrə tapşırıqların hansı material əsasında hazırlanacağı məlum olub.

Xəzər TV xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında 2-ci Qarabağ savaşı mövzusu ilə bağlı hazırlanmış məqalənin redaktə olunmuş versiyası yerləşdirilib.

Müharibənin xronologiyasının yer aldığı analoji məqalə ötən il də dərc olunmuşdu və cari ilin qəbul imtahanlarında suallar məhz həmin məqalə üzrə seçilmişdi.

Redaktə olunmuş yeni variantda isə son bir ildə mövzu üzrə yenilənən xəbərlər də yer alıb. Tarix fənnindən Vətən müharibəsinə dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar məhz yeni məqalə əsasında tərtib ediləcək.

Yeni məqalə həm Azərbaycan, həm də rus dilində yerləşdirlib.

Qeyd edək ki, sözgedən məqalə üzrə tarix fənnindən imatahan verəcək abituriyentlərə bir və ya iki sual təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://daytube.az/az/embed/121004

Xəbər lenti