Logo

Rusiyada rektor sifarişlə adam öldürməyə görə həbs edildi

22.12.2021 23:54 564 baxış
IMG

Moskvanın Basmannı məhkəməsi muzdla adam öldürmə işi üzrə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu 2022-ci il fevralın 21-dək həbs edib.

Tehsil.biz xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib:

“Məhkəmə istintaqın vəsatətini təmin edib və İ.R.-nin barəsində həbs-qətimkan tədbiri seçilib. Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb”.

Məlumata görə, Qafurov istintaqa muzdla adam öldürməyə təhrik maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb. Yerli mətbuatın yazdığına görə, rektorun regional mütəşəkkil cinayətkar qruplardan birinin fəaliyyətində əli olması güman edilir.  (Qafqazinfo)

Xəbər lenti