Logo

Könüllülərin iştirakı ilə “Bir Addım” layihəsi keçirilib

23.12.2021 10:43 716 baxış
IMG

Şamaxı şəhərində düşərgə formatlı "BİR Addım" layihəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə "Bir Könüllü" Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilib.

Azərbaycan könüllülərinin dünyagörüşünün artırılması, intellektual qabiliyyətinin inkişaf etdirilməsi, komanda ilə işləmə bacarığının aşılanması və könüllü təşkilatları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən layihədə 16 müxtəlif könüllü təşkilatının üzvlərindən ibarət 7 komanda iştirak edib.

Layihə çərçivəsində “Bir Addım” iştirakçıları üçün  “Komanda quruculuğu”, "Vətəndaş Cəmiyyətində Debat", “Layihələrin idarə olunması” və “Təqdimat bacarıqları”, “İdarəçilik”, “Könüllülük və şəxsi inkişaf” mövzusunda maarifləndirici təlimlər təşkil edilib. 

Layihə iştirakçılarının intellektual qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində “Tap görək”, “Nə?, Harda?, Nə zaman?” və “Code Tusi” intellektual komanda oyunları keçirilib. 

Mədəni hissə çərçivəsində isə bacarıqlı “Bir addım” iştirakçıları tərəfindən musiqilər ifa olunub.

Layihənin bağlanış mərasimində layihə iştirakçıları və intellektual komanda oyunlarının qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “Bir Könüllü” Təşkilatı 27 mindən çox tələbə-üzvə malikdir və indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və təşkilata üzv ola bilərlər.

Xəbər lenti