Logo

Paytaxtda 137 şagird inklüziv təhsilə cəlb edilib

23.12.2021 11:26 897 baxış
IMG

Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib. 

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.

Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

Xəbər lenti