İmişli şəhər 2 nömrəli tam orta məktəbin idman zalında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş voleybol yarışının final oyunları keçirilib.
Tehsil.biz xəbər verir ki, yekun nəticəyə görə, I yeri 5 nömrəli məktəb-liseyin komandası, II yeri 8 nömrəli tam orta məktəbin komandası, III yeri 1 nömrəli məktəb-liseyin komandası tutub.
Qalibl komandalara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.