Logo

Norveçli mütəxəssis ADAU tələbələrinə seminar keçib

23.12.2021 15:06 739 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə evində Nizami Gəncəvi İrsinin tədqiqatçısı, araşdırmaçı Ragnhild Thori tərəfindən seminar keçirilib.

Universitetin müxtəlif fakültələrindən olan tələbələrin iştirakı ilə keçirilən seminar “Nizami Gəncəviyə əcnəbilərin gözü ilə baxış, xüsusilə “Leyli və Məcnun”a” mövzusunda olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ragnhild Thori 25 iyun 2021-ci il tarixində ADAU tərəfindən təşkil edilən “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı “Nizami Gəncəvi ili”nə həsr olunmuş xarici və ölkə alimlərinin iştirakı ilə keçirilən onlayn beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir.

Xəbər lenti