Logo

"Növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik"

23.12.2021 23:45 1344 baxış
IMG

“Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, ikinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir:

"Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik".

"O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, - nazir qeyd edib.

Xəbər lenti