Logo

Oxumağı və yazmağı öyrəndi, 104 yaşında imtahandan uğurla keçdi

24.12.2021 09:43 581 baxış
IMG

Hindistanda 104 yaşlı qadın oxumağı və yazmağı öyrənib imtahandan uğurla keçib.

Tehsil.biz xəbər verir ki, Kerala əyalətinin Kottayam rayonunda yaşayan Kuttiyamma Konthi noyabrın 10-da verdiyi savad testindən 100 baldan 89 bal toplayıb.

İbtidai məktəb səviyyəsində savadlılıq bacarıqlarını ölçən imtahan hər il dövlət tərəfindən keçirilir.

Üç saat davam edən və 500 nəfərin qatıldığı imtahanda ən yaşlı şəxs olan Kuttiyamma yazı, oxuma və hesablama sahələrindəki sualları cavablandırıb.

Xəbər lenti