Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 125 ümumi təhsil məktəbi “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.
İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, layihə çərçivəsində 897 müəllim müvafiq təlimlərdən keçərək sertifikat əldə edib.
Həmçinin şagirdlər arasında "Qış onlayn yarışı" və “Kod Saatı: Rəqəmsal Gələcəyə addım” müsabiqələri təşkil olunub.
Bundan başqa, BŞTİ-nin tabeliyindəki daha 125 ümumi təhsil məktəbindən 112 390 şagirdin layihəyə cəlb olunması nəzərdə tutulur.