Logo

İlahiyyat İnstitutunun rektoru İlham Əliyevi təbrik edib

24.12.2021 10:46 550 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Tehsil.biz xəbər verir ki, rektor bu barədə sosial hesabında paylaşım edib:

"Hörmətli cənab Prezident! 

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, ailə səadəti, hər bir azərbaycanlı üçün qürur mənbəyi olan çox şərəfli fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq. Azərbaycan Respublikasının və dövlətçiliyimizin möhkəmlənməsi, cəmiyyətdə sabitliyin qorunması, sabaha inamlı addımların atılmasında göstərdiyiniz fəaliyyət uğurlarımıza təminat verir.
Vətən müharibəsini Silahlı Qüvvələrimizin Şanlı Zəfəri ilə yekunlaşdıran Müzəffər Ali Baş Komandan, Sizə güclü Azərbaycan, xalqımızın və ölkəmizin işıqlı gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik".

Xəbər lenti