Logo

Təhsil naziri azad edilmiş ərazilərdə məktəb tikintisindən danışıb

24.12.2021 10:51 548 baxış
IMG

"Əldə olunan böyük zəfər Azərbaycan gənclərinin, azyaşlıların, müəllimlərin milli düşüncə tərzində, gələcəyə inamında böyük dönüş nöqtəsidir. Bu, Azərbaycan şagirdlərinin geriyə nisgil yox, gələcəyə ümidlə baxmasıdır".

"Tehsil.biz"in məlumatına görə, bunu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında "Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər" mövzusunda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Şuşada, Ağdamda, Cəbrayılda məktəb layihələndirilməsi işləri olduqca vacibdir.

Nazir qeyd edib ki, təhsildə yeni məzmunun azad edilmiş ərazilərdə bərqərar olması əsas məqsədlərdən biridir: “Bu proses minlərlə müəllim və şagird üçün də imkandır. Rəqəmsal bacarıqlar, STEAM layihəsi orada da nəzərə alınacaq. İnfrastruktur əmək bazarında da ciddi aktivlik yaradacaq”.

Xəbər lenti