23.12.2021-ci il tarixdə Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə şəhər 3 N-li tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Saatlı rayon Polis şöbəsinin rəis müavini Fuad Məmmədov, Təhsil şöbəsinin əməkdaşı Urşan Nuruşov, rayon Mərkəzi Xəstəxasının əməkdaşı Adil Mürsəlov və məktəbin psixoloqu Gülşən xanım çıxış edərək şagirdlərin qeyd olunan vərdişin fəsadları və cəmiyyətə vurduğu zərərlərin miqyası haqqında məlumatlar qeyd edərək ondan necə qorunmağın yolları haqqında maarifləndirici tövsiyələr veriblər.
Tədbir şagirdlərlə qarşılıqlı diskusiya şəraitində davam etmiş və onların mövzu haqqında ünvanladıqları sualların cavablandırılması ilə yekunlaşıb.
Tədbir pandemiya qaydalarına əməl edilməklə keçirilib.