Logo

Şəmkirdə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib

24.12.2021 11:53 660 baxış
IMG

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Şəmkir Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ilk partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilat  rəhbərləri, partiya fəalları və gənclər iştirak ediblər. 

Əvvəlcə partiyanın qurucusu ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən "Azərbaycan 18 ildə " mövzusunda konfransda rayon təşkilatının sədri Fəxrəddin Vəliyev  Prezident İlham Əliyevin 18 illik fəaliyyəti, qazanılmış uğurlar və Yeni Azərbaycan Partiyasının regionun nüfuzlu partiyası olaraq  həyata keçirdiyi uğurlu siyasət haqqında  fikirlərini bildirib.
F.Vəliyev   İlham Əliyevin 18 ildə həyata keçirdiyi  islahatlardan bəhs edib.  O qeyd edib ki, ümümmilli lider Heydər Əliyev Azərbaycanı xaosdan, qardaş qırğınından xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı: “2003-cü ildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, hər sahədə təkmil islahatların aparılması, gənc nəslin azərbaycançılıq ideologiyasına sadiq  yetişməsi və sair kimi biri-birindən mühüm amillər 44 günlük İkinci Qarabağ savaşında tarixi Qələbəmizi şərtləndirdi.  Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edildi, müasir və innovativ Azərbaycanın milli ordusu formalaşdırıldı və Zəfərə hazırlandı.  Vətən müharibəsi dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin təqdimatı oldu.”

Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi: Bütün bu uğurlarımız, o cümlədən birliyimiz torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Zəfər zirvəsinə yüksəlmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qələbəyə nail oldu. Dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf olduğunu nümayiş etdirir”.

Konfransda Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin səlahiyyətlərini icra edən Qətibə Məmmədova, Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov  çıxış edərək son 18 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən danışıblar.

Xəbər lenti