Logo

Azərbaycan Texniki Universitetinin rektoru ölkə başçısını TƏBRİK EDİB

24.12.2021 12:21 761 baxış
IMG

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Tehsil.biz xəbər verir ki, rektor bu barədə sosial hesabında paylaşım edib:

"Müzəffər Ali Baş Komandan, Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm!
Məhz Sizin uzaqgörən siyasətiniz, qətiyyətli iradəniz sayəsində 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız işğalçılardan azad olundu. 
Siz ərazi bütövlüyümüzü bərpa edən lider kimi adınızı tarixə qızıl hərflərlə yazdırdınız. 
Artıq Qarabağda həyat canlanıb. Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Sizin də qeyd etdiyiniz kimi, Qarabağımız dünyanın ən gözəl bölgələrindən biri olacaq. 
Möhtərəm cənab Prezident, bir daha Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Azərbaycanın inkişafı naminə tutduğunuz bu şərəfli və qətiyyətli yolda uğurlar arzulayıram!"

Xəbər lenti