ABŞ-ın Los-Anceles şəhərində izdihamlı mağazada bir kişinin qəribə davranışı və qadına hücum etməsindən sonra hadisə yerinə polis çağırılıb.
Hadisə zamanı polisin atdığı güllələrdən biri divarı deşərək soyunub-geyinmə otağında 14 yaşlı qıza tuş gələrək onun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma başlayıb.
Hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, vəziyyətinin orta olduğu bildirilir.
Mənbə: Anadolu agentliyi