Logo

Məktəbdən kənarda zorakılığa məruz qalan şagirdlərin sayı açıqlanıb

24.12.2021 15:37 525 baxış
IMG

2019-2020-ci illərdə 35 nəfər şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.

“Tehsil.biz”in xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub. Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoralığa və 18-i isə qısnamaya məruz qalıb. (Report)

Xəbər lenti