Logo

Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar keçiriləcək

24.12.2021 16:05 761 baxış
IMG

Dekabrın 29-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-xətti iki və üç ölçülü dinamik sistemlərin Matlab sistemində vizual idarə olunması” mövzusunda elmi seminar keçiriləcək.

Bildirilib ki, seminarda institutun Kompüter texnologiyaları və riyazi statistika şöbəsinin müdiri dosent Həsən Nağıyevin mövzu üzrə məruzəsi dinləniləcək.

Sonra müzakirələr aparılacaq, suallar cavablandırılacaq.

Xəbər lenti