3 nömrəli xüsusi internat məktəbinin müəllimləri şikayətçidir.
Şikayətçi müəllimlərin görüntüləri sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, direktor müəllimlərdən rüşvət tələb edir, pul verməyənlərə görə bütün kollektivi incidir.
Yayılan video ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, video araşdırılıb:
“Nəticədə 5 il əvvəl qaldırılmış və müsbət istiqamətdə həll olunan hadisə olduğu aşkarlanıb. Mətbuatda yeni hadisə kimi qeyd olunması düzgün deyil”.