Logo

AƏSMA-da "Həmrəy Azərbaycanın şanlı tarixi” adlı intellektual yarış keçirilib

24.12.2021 22:00 501 baxış
IMG

“Həmrəy Azərbaycanın şanlı tarixi” 24.12.21 -ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş  Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Həmrəy Azərbaycanın şanlı tarixi” adlı intellektual yarış keçirilmişdir.

Tədbiri Akademiyanın rektoru, professor Hüseyn Qaraşov giriş sözü ilə açaraq, İlham Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan, Ali Baş Komandanın tariximizdə açdığı şanlı səhifələrdən bəhs etdi. 

İntellektual yarışda  Ali Baş Komandanın həyat və misilsiz fəaliyyətini əks etdirən suallar öz əksini taparaq tələbələr və müəllimlər tərəfindən maraqla izlənildi. Raundlararası fasilələrdə Ali Baş Komandanın fəaliyyətini əks etdirən videolar tədbiri daha maraqlı etdi.

Sonda qalib komanda sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

Xəbər lenti