Logo

"Düzgün seçilmiş ali məktəb mükəmməl karyera qurmağa təminat yaradır" - Millət vəkili

25.12.2021 13:16 587 baxış
IMG

"Geniş anlamda texnologiya insanın öz keçmişinə və ətraf mühitə münasibətini dəyişən vasitədir. Məsələn, elektrikin kəşfi keçmişə və yaşadığımız günlərə münasibətimizi dəyişdi. Elektrikə qədər insanlar yalnız qaranlıq düşənə qədər oxuyardılar. Elektrikin icad olunmasından sonra İnsanlar daha çox oxumağa və öyrənməyə başladılar. Başqa bir texnologiyanı götürək, əvvəllər konsertləri yalnız konsert zallarında eşitmək olurdu. Lakin indi öz mənzilində istənilən vaxt konsert zallarındakı konsertlərə baxa bilərsən. Həmçinin filmlərə də".

Tehsil.biz xəbər verir ki, bunları Milli məclisin deputatı Etibar Əliyev deyib.

Millət vəkili bildirib ki, texnologiyalar çoxəsrlik ənənələri və ətraf aləmi dəyişdilər:

"İndiki dünya daha çox texnologiyalardan asılıdır. Görkəmli tədqiqatçı Corc Fridman özünün “Amerika İmperiyası: Proqnoz 2020-2030” adlı məşhur kitabında yazır ki, bütün texnokratik yollar universitetdən keçir. Müəllifə görə universitet öz tələbələrinə üç üstünlük verməlidir:

Birinci üstünlük: geniş biliklər qazanmağa və peşəkar həyat yoluna qədəm qoymaq imkanları yaradır. Tədqiqat aparmaq bacarığı formalaşdırır.
İkincisi diplomdur. Karyeranın başlanğıc kritik fazasında bütün məzunlara eyni sual verilir. İxtisasınız nədir və nəyi bitirmisiniz? Sizin bitirdiyiniz ali məktəb sizin təfəkkürünüzün strukturunu anlamağa kömək etməlidir.
Üçüncü üstünlük isə həyatın sonrakı mərhələlərində faydalı olan əlaqələr yaradır".

Etibar Əliyev vurğulayıb ki, düzgün seçilmiş ali məktəb, düzgün dostluq mükəmməl karyera qurmağa təminat yaradır. Digər tərəfdən, düzgün seçilməyən ali məktəb yaxşı olmayan, qeyri-peşəkar qulluq yaradır və ya karyeranı  çətinləşdirir.

Fəqan Əzimli

Xəbər lenti