Logo

Şəmkir rayon təhsil işçiləri tərəfindən şəhid ailələri ziyarət olunub

25.12.2021 13:33 725 baxış
IMG

25.12.2021-ci il tarixdə Şəmkir Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə RTŞ-nin metodisti Tural Novruzov və məktəb rəhbərləri  R.Gülməmmədov adına kənd tam orta məktəbin direktoru Naibə Əliyeva, İrmaşlı kənd 2 saylı tam orta məktəbin direktoru Əbülfət Cəfərov ilə şəhid Sehun İbrahimzadə və Nurlan Qasımovun ailələrini ziyarət ediblər. Onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik ediblər. 

Tehsil.biz xəbər verir ki, Şəhid ailələri ilə görüş zamanı Tural Novruzov onlara möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Təhsil naziri Emin Əmrullayevin və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin bayram təbriklərini çatdırmışdır.

Xəbər lenti