Logo

Almaniyada təqaüdlə təhsil almaq üçün unikal imkan

26.12.2021 12:28 795 baxış
IMG

Almaniyanın Şmalkalden Universiteti ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsi üzrə təhsil alan bir tələbəsi 2021/2022 akademik ilinin yaz semesterində Şmalkalden Universitetində təhsil alacaq. 

Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqramı tərəfindən qarşılanacaq.

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında AÇIQ MÜSABİQƏ elan edir. Müsabiqədə hal-hazırda Qərbi Kaspi Universitetinin Biznes və İqtisadiyyat, Kompyüter elmləri, Mexanika və elektrik mühəndisliyi üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. 
Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.

Qeyd etmək istərdik ki, tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur. 
Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində [email protected] ünvanına göndərə bilərlər.

Əlavə sualınız yarandığı təqdirdə [email protected] email ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti