Prezident İlham Əliyevin Sərncamına əsasən Aşıq Ələsgərin heykəlinin ucaldılmasına start verilib.
Bununla bağlı Mədəniyyət Nazirliyi heykəltəraşlar arasında müsabiqə elan edib.
Müsabiqə 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində keçiriləcəkdir. Eskiz layihələr “Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır.
Qeyd edək ki, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi Dövlət səviyyəsində qeyd olunub. Həmçinin, Bakı şəhərində onun heykəlinin ucaldılması planşdırılır. Bunula bağlı, Prezident İlham Əliyev 30 noyabr 2021-ci il tarixində Sərəncam imzalayıb.