Logo

“Gençlerle 360 Derece 7. Uluslararası Öğrenci Kongresi” keçirilib

26.12.2021 22:18 891 baxış
IMG

21-22 dekabr 2021-ci il tarixlərində Qırğızıstan-Türkiyə Manas Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və Manisa Celal Bayar Universiteti  İqtisadiyyat və inzibati elmlər fakültəsinin birgə əməkdaşlığı ilə onlayn formada “Gençlerle 360 Derece 7. Uluslararası Öğrenci Kongresi” keçirilmişdir.

2 gün davam edən bu konfransda 8 ölkənin 10 müxtəlif universitetinin 81 tələbəsi iştirak etmişdir.

Plenar iclasda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə-iqtisad fakültəsinin dekanı dos.H.Ə.Mirzəyeva çıxış edərək beynəlxalq konfransın əhəmiyyətini qeyd etmiş, tələbələrə uğurlar arzulamışdır.

Akademiyanın Maliyyə-iqtisad fakültəsinin tələbələri müasir dövrün aktual problemləri ilə bağlı müxtəlif mövzularla - Təhmiraz Əliyev, Xanım Əliyeva, “COVID-19-un təhsil sisteminə təsiri və çıxış yolları” (elmi rəhbər dos. H.Ə.Mirzəyeva), Asimə Cəfərova, Aytac Süleymanova “Koronavirus pandemiyası dövründə Azərbaycanda vergi güzəştləri” (elmi rəhbər dos.N.Y.Mikayılova),  Sosial-iş fakültəsinin tələbəsi - Rəsulova Fatimə “Təhsil müəssisələrində tələbə motivasiyasına təsir göstərən faktorlar” (elmi rəhbər K.Abbasov) çıxış etmişlər.

Xəbər lenti