Logo

Bakıda 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

27.12.2021 08:55 804 baxış
IMG

2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, idarənin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib.

Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların (bakuka.az) adlı saytı da yaradılıb.

Xəbər lenti