Logo

BŞTİ-nin tabeliyindəki 178 məktəbdə STEAM layihəsi tətbiq edilir

27.12.2021 09:56 724 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində paytaxt məktəblərində fəaliyyət göstərən 658 müəllim  STEAM  təlimlərindən keçərək sertifikat əldə edib.

Layihəyə qoşulan məktəblər arasında "Online Hackathon 2021", "Online VEX Robotics" və "Makerthon 2021" yarışları keçirilib.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Xəbər lenti