Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
"Tehsil.biz" Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
2008-ci il təvəllüdlü R.Allahverdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumatına görə, 13 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.